Вторник, 21.05.2024, 03:49
Приветствую Вас Qonaq | RSS
Мой сайт
Главная
Регистрация
Вход
Меню сайта

Мини-чат
500

Наш опрос
Sevmek yoxsa Sevilmek isterdiniz?
Butun cavablar: 23

Главная » 2009 » Февраль » 1 » Azerbaycan...
Azerbaycan...
01:12
Bu g252;n M601;mm601;d 399;min R601;sulzad601;nin do287;um g252;n252;d252;r


Tanınmış ictimai-siyasi xadim, Şərqdə ilk demokratik respublikanın banisi Məmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb. Böyük vətənpərvərin "Müxəmməs" adlı ilk ədəbi əsəri 1903-cü ildə "Şərqi-rus" qəzetində dərc olunub. Məmməd Əmin Rəsulzadənin ilk imzası ədəbi əsərin sonunda olsa da, sonralar o, daha çox siyasi çəkili yazıları ilə tanınmağa başlayır və bir müddət sonra siyasi fəaliyyətini genişləndirən dövlət xadimi "Hümmət" sosial-demokrat təşkilatının yaradıcılarından birinə çevrilir. 1902-ci ildə 18 yaşlı Məmməd Əmin Rəsulzadə ilk siyasi təşkilatı "Müsəlman gənclik təşkilatını" qurur. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalır, İrana gedərək o zaman başlayan Səttarxan hərəkatında fəal iştirak edir.

"Bu adam 25 yaşında Tehrana gedir farslar üçün Avropa səviyyəsində 4 səhifəlik qəzet çap etdirir. Burada baş redaktor kimi çalışır. Bu dövr ərzində 30 məqalə çap etdirir. 125 başlıqlı məqaləsi nəşr olunur baş redaktor kimi", – deyə professor Şirməmməd Hüseynov bildirib.

Sonra isə yolu Türkiyədən keçir. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyilə bağlı olaraq, hökumət mühacirləri bağışlayır. Məmməd Əmin Rəsulzadə beş illik ayrılıqdan sonra vətənə qayıdır və 1911-ci ildə yaradılmış "Müsavat" partiyasının 1917-ci ilin oktyabrında Bakıda keçirilən birinci qurultayında sədr seçilir. Böyük dövlət xadimi bu illərdə də xalqının və millətinin taleyindən narhatlıq duyulan əsərlərini yazmaqda davam edir. Onun şah əsəri isə 1918-cü il mayın 28-də Fətəli Xan Xoyski ilə birgə qurduğu Azərbaycan Demokratik Respublikası olur.

"O kəslər ki, dövlət yaradıb, o kəslər ki, dövlətin yaranmasına başçılıq edib bünlar müqəddəs insanlardır. Dünyada 3700-dən artıq xalq var. Onların cəmi 200-ü dövlət kimi formalaşıb. Təsəvvür edin, Hindistanda 80 milyonlaq xalq var, dövləti yoxdur. Xalq cumhuriyyəti yarananda isə Azərbaycanın 1 milyon 800 min əhalisi var idi. Bundan böyük fədakarlıq ola bilərmi?”,- deyə professor Şirməmməd Hüseynov əlavə edib.

Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində sovet qoşunlarının müdaxiləsi ilə süqut edir. Elə həmin il Rəsulzadə qırmızı ordunun əsgərləri tərfindən Ləhic kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edir. Məmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə deyir ki, babası həyatının sonunadək Azərbaycan üçün çalışıb.

"Mövcüd Azərbaycan respublikasının yaranması Məmməd Əmin Rəsulzadənin uzun sürən mübarizəsinin nəticəsi olub. Fəövqəladə şəxsiyyət olan Məmməd Əmin Rəsulzadə nəinki Azərbaycan, Şərq, eləcə də Qərbdə demokrat və siyasi xadim kimi tanınıb. Məmməd Əminin ən böyük qayəsi Azərbaycanın istiqlalı olub",– deyə M.Ə. Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə bildirib.

Məmməd Əmin Rəsulzadənin cümhuriyyətin süqutundan sonra dediyi, şüara çevrilən bu sözləri də onun Azərbaycanın yenidən müstəqillik qazanacağına inamını əks etdirir: "Azərbaycanın bu qədər fəlakətlər nəticəsində ələdə etdiyi qazanc varsa, o da istiqlal fikrinin rüsüxüdür. İndi istiqlal və hakimiyyəti milliyyə sevdası ilə yaşayan bir Azərbaycan gəncliyi vardır ki, "Çeka"nın amansız edamlarına rəğmən gecə-gündüz çalışır, ilk fürsət və imkan gözləyir. Bu fürsət gəlincə, o meydana çıxacaq və o zaman yanıq könüldə atəşin cizgilərlə mənən nəqş olunan bayrağı maddətən yüksəldərək deyəcəkdir- Bir kərə yüksələn bayraq bir daha enməz!".

Ömrünün qalan hissəsini Paris və Berlində keçirən dövlət xadimi Məmməd Əmin Rəsulzadə 1955-ci ildə Ankarada, 71 yaşında uzun sürən şəkər xəstəliyindən vəfat edir. Məmməd Əmin Rəsulzadə Türkiyənin Ankara şəhərində Əsri qəbristanlığında dəfn edilib.
Просмотров: 1815 | Добавил: AqilliDeli | Рейтинг: 4.0/1 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа

Календарь новостей
«  Февраль 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728

Поиск

Друзья сайта

Статистика

Butun Aktivler: 1
Qonaqlar: 1
Uzvler: 0


Copyright MyCorp © 2024
Сайт управляется системой uCoz